EN

İran səmasında İsrailin F-16 qırıcısı vurulub – SEPAH-dan İDDİA

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin mərkəzi hissəsi üzərində İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısını vurduğunu bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu, bölgədəki hava döyüşlərinin yeni mərhələyə keçdiyini göstərir.

İran tərəfinin rəsmi bəyanatına görə, bu, müharibə başlayandan bəri vurulan artıq üçüncü İsrail təyyarəsidir. Tehrandan verilən məlumatda qırıcının hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alındığı bildirilir.

Xatırladaq ki, ötən cümə axşamı SEPAH ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 5-ci nəsil F-35 qırıcısının məhv edildiyini açıqlamışdı. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə təyyarənin vurulmasını inkar edərək, onun Amerika bazasına “qəza enişi” etdiyini və hadisə ilə bağlı araşdırma aparıldığını bildirmişdi.

Sara,
NOCOMMENT.az

Chosen
73
nocomment.az

1Sources