EN

Hülya Avşar özündən çıxdı: Yardım istəyən vətəndaşa GÖRÜN NƏLƏR DEDİ...

Tanınmış türkiyəli aktrisa Hülya Avşarın küçədə avtomobilinə minərkən bir vətəndaşla yaşadığı dialoq ölkə gündəminə damğa vurub.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, sənətçi uşaqları üçün ondan beşik istəyən şəxsə verdiyi sərt reaksiya ilə diqqətləri üzərinə çəkib.

İstanbul küçələrində baş verən hadisə qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

Avtomobilinə əyləşmək istəyən Avşara yaxınlaşan bir vətəndaş ondan uşaqları üçün yardım olaraq beşik istəyib.

"Heç bir şeyin yoxdursa, niyə evlənirsən?" - deyə sənətçi gözlənilməz cavab verib.

Bu sözlərdən dərhal sonra avtomobilinə minib ərazidən uzaqlaşan Hülya Avşarın reaksiyası izləyiciləri iki cəbhəyə bölüb. Sosial media istifadəçilərinin bir hissəsi bu cavabı "real yanaşma" kimi qiymətləndirsə də, digər bir qrup sənətçini üslub xətasına yol verməkdə və kobudluqda ittiham edib.

Musavat.com

Chosen
95
musavat.com

1Sources