EN

Rusiyalı hakerlər ABŞ rəsmilərinin hesablarını ƏLƏ KEÇİRDİ

Federal Təhqiqat Bürosu (FTB) ABŞ-da "Signal" da daxil olmaqla kommersiya messencerlərini sındıran və Rusiya ilə əlaqəli olan hakerləri müəyyən edib.

Musavat.com xəbər verir ki, bu barədə FTB direktoru Keş Patel məlumat verib.

"Bu kampaniya yüksək kəşfiyyat dəyəri olan şəxsləri, o cümlədən ABŞ hökumətinin hazırkı və keçmiş rəsmilərini, hərbçiləri, siyasi xadimləri və jurnalistləri hədəf alıb", - deyə Patel "X" sosial şəbəkəsində bildirib.

FTB rəhbəri qeyd edib ki, minlərlə hesaba giriş əldə edən hakerlər mesajları və kontakt siyahılarını nəzərdən keçirə, qurbanın adından mesajlar göndərə və əlavə fişinq hücumları həyata keçirə biliblər.

Xatırladaq ki, 2021-ci ilin yayında "Bloomberg" agentliyi öz mənbələrinə istinadən Rusiya hakimiyyəti ilə əlaqəli hakerlərin ABŞ Respublikaçılar Partiyasının Milli Komitəsinin kompüter şəbəkələrinə sızdığını yazmışdı.

Agentliyin mənbələri həmin hakerlərin Rusiyanın Xarici Kəşfiyyat Xidməti ilə əlaqələndirilən "APT29" və ya "Cozy Bear" qruplaşmasının üzvləri olduğunu ehtimal edirdi.

Lakin o zaman partiya komitəsinin aparat rəhbəri Riçard Volters hakerlərin məlumatları əldə edə bilmədiyini bəyan etmişdi.

Musavat.com

Chosen
35
musavat.com

1Sources