EN

Aftafa.com Azərbaycanın informasiya məkanında necə iflasa uğradı?

Uzun illər ərzində Azərbaycan mediasında və sosial şəbəkələrdə İranın regiondakı siyasətini dəstəkləyən bir seqment formalaşdırılıb. ABŞ və İsrailə qarşı emosional və manipulyativ narrativlər qurmağa xidmət edən bu seqmentin heç də hamısı Qum mollalarının dini təsirinə düşənlərdən ibarət deyil.

ABŞ-İsrail-İran qarşıdurması kontekstində bu təbliğatın daha da aktivləşməsi göstərir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının İran şəbəkəsinə qarşı xüsusi əməliyyatlar keçirməsinə böyük ehtiyac var. Lakin məsələnin cinayət hüququ çərçivəsinə daxil olan hissəsi indi bizim mövzumuz deyil. Gündəmə gətirmək istədiyimiz məsələ Azərbaycana sırınan İran narrativləridir.

ABŞ və İsrailin nəinki regionu, bütövlükdə bəşəriyyəti İrandakı molla rejiminin təhdidlərindən xilas etmək üçün başladığı əməliyyatın nəticələrinə qarşı "anti-sionist" don geyinərək primitiv arqumentlərlə təbliğat aparanları şərti olaraq “Aftafa.com” adlandıra bilərik.

Bəs, Aftafa.com nə yazır? Bu şərti resursun "qənaət öndərləri" nədən danışırlar?

Birinci onu iddia edirlər ki, guya İran regionun sionizmə qarşı yeganə müqavimət qalasıdır. Bu tezis İranı sanki sionizmə qarşı istehkam kimi təqdim edir. Halbuki reallıqda İranın regiondakı fəaliyyəti (İraq, Suriya, Yəmən, Livan) daha çox təsir zonası genişləndirmək və ideoloji hegemonluq qurmaq məqsədi daşıyır.

“Müqavimət” adı altında aparılan siyasət, əslində, Azərbaycan da daxil olmaqla bütün yaxınlıqdakı dövlətlərin suverenliyinə müdaxilə ilə müşayiət olunur.

Əlavətən, sionizm- yəhudi xalqının tarixi vətəni hesab olunan İsrail torpaqlarında milli dövlət qurmaq və onu qorumaq ideyasına əsaslanan siyasi-ideoloji hərəkatdır. Bu ideya XIX əsrin sonlarında formalaşıb və onun əsas ideoloqlarından biri Teodor Herzl hesab olunur. Herzl Avropada artan antisemitizm fonunda yəhudilərin təhlükəsizliyi üçün öz dövlətlərinə sahib olmalarının zəruri olduğunu düşünürdü. Pafosla "sionizm2dən danışanların böyük əksəriyyəti ya Herzli ümumiyyətlə tanımır, ya da terminin dini anlayış olmadığını dərk etmirlər.

İkincisi, belə bir iddia səsləndirilir ki, ABŞ və İsrail islam dünyasını parçalamaq istəyir. İslam dünyası məgər vəhdətdə idi? Eyni dilə, dinə, etnik kökə sahib olan ərəb ölkələrini saymaqla bitirmək olmur. Zira, əsas sual başqadır. Körfəzdəki ərəb ölkələrini təhdid etmək, raket atəşinə tutmaq islam dünyasını parçalamaq deyil, amma "İkinci addım" proqramı ilə yayılmaçılıq siyasətini rəsmən elan etmiş molla rejiminin qonşu dövlətlərdə proksi qüvvələr formalaşdırması birlik təzahürüdür?

Üçüncü bəyanları budur ki, guya İran heç kimə təhdid deyil, müdafiə olunmaq isə onun məşru haqqıdır. Qətiyyən belə deyil. İran öz imperiya xisləti, despot siyasi sistemi və gücləndilmiş hərbi arsenalı ilə əsarətindəki xalqlara da, region ölkələrinə də, dünyanın təhlükəsizlik arxitekturasına da açıq təhdiddir.

İrandakı klerikal rejimin əlinə nüvə silahı keçməsinin qarşısını almaq dünya lideri ABŞ üçün tarixi məsuliyyət məsələsidir.

Ortalığa atılan ən absurd "analiz"lərə görə, savaş İranın lehinə davam edir. Bu tezis daha çox psixoloji müharibə elementidir. Reallıqda ABŞ və İsrailin texnoloji, hərbi və kəşfiyyat üstünlüyü davam edir. İran isə sanksiyalar, iqtisadi problemlər və daxili narazılıqlar fonunda ciddi struktur çətinlikləri yaşayır. Cəng meydanında güc balansı çox böyük fərqlə ABŞ və İsrailin xeyrinədir və onlar İrandakı molla rejiminin "fatihəsini verməyə" gəliblər.

Chosen
72
aznews.az

1Sources