EN

Türkiyə Şimali Kiprdən raket buraxılması ilə bağlı iddialara cavab verib

Bakı. Trend:

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sularında raketburaxılması iddiaları təkzib edib.

Trend-inməlumatına görə, ölkənin Dezenformasiya ilə Mübarizə Mərkəzi sosialşəbəkələrdə yayılan “KKTC karasularındakı sualtı qayıqdan çoxsaylıraketlər buraxılıb” iddiasının dezinformasiya olduğunuaçıqlayıb.

Məlumatda bildirilib ki, Türkiyə və Şimali Kipr TürkCümhuriyyəti sularında hər hansı atış baş verməyib.

Qeyd olunub ki, yayılan görüntülərdəki raket buraxılışlarıbeynəlxalq sularda qeydə alınıb.

Rəsmi qurum ictimaiyyəti manipulyasiya məqsədli, əsassızpaylaşımlara inanmamağa və yalnız rəsmi mənbələrin açıqlamalarınaetibar etməyə çağırıb.

Chosen
88
1
az.trend.az

2Sources