EN

Sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

"Bu bayram günündə əlini öpüb təbrik edə biləcəyiniz ata-ananız varsa, nə xoş sizin halınıza. Mənim isə ilk bayramımdır ki, onlarsız keçir".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Aparıcı bir müddət əvvəl sığınacağa yerləşdirdiyi qadını ziyarətə yollanıb. Hidayətqızı müğənni həyat yoldaşı Doğuş və əkizləri Arda ilə Arının yer aldığı həmin görüntüləri sosial şəbəkədə paylaşıb:

"Bu gün yuxudan oyananda gözüm onları axtardı. Bu boşluğu bir az da olsa, sığınacağa yerləşdirdiyim Zöhrə ana və onun kimi yaşlı ata-analarımız doldurdu. Onların duası, sevgisi insanın ürəyinə toxunur. Bu gün yalnız yaşlılarımızı deyil, sığınacaqdakı balalarımızı da ziyarət etdim. Görüşümüz çox səmimi və gözəl keçdi. Birlikdə oynadıq, güldük, yemək yedik. Həqiqətən unudulmaz bir gün oldu. Bayramınız mübarək. Sevdiklərinizin qədrini bilin, onları təbrik edin… Sonra gec ola bilər".

"Cebheinfo.az"

Chosen
39
2
cebheinfo.az

3Sources