Astroloqlar bildirir ki, yaxın günlərdə bəzi bürclərin həyatında ciddi karyera dəyişiklikləri baş verə bilər. Metbuat.az xəbər verir ki, planetlərin mövqeyi göstərir ki, xüsusilə məsuliyyətli və çalışqan olanlar üçün yeni vəzifə, yüksəliş və hətta rəhbər postlar gündəmdədir. Bu bürcün nümayəndələri üçün uzun müddətdir çəkilən zəhmətin bəhrəsi gəlir. İş həyatında rəhbərlik tərəfindən diqqət görmək və yeni vəzifəyə təyin olunmaq ehtimalı yüksəkdir. Xüsusilə dövlət və korporativ sektorda çalışan Oğlaqlar üçün yüksəliş qaçılmaz görünür.Detallara diqqəti və intizamlı yanaşması ilə seçilən Qız bürcləri üçün yeni imkanlar açılır. İşdə məsuliyyətlərinin artması ilə yanaşı, daha yüksək mövqeyə keçid şansı yaranır. Gözlənilməz təkliflərə hazır olun.Liderlik qabiliyyəti ilə tanınan Şir bürcləri üçün parlaq dövr başlayır. Özünü göstərmək istəyən Şirlər üçün rəhbər vəzifələrə gedən yol açılır. Bu günlərdə verilən qərarlar gələcək karyeranı müəyyən edə bilər.Yaradıcı və fərqli düşüncə tərzi Dolça bürclərini önə çıxarır. Yeni layihələr və innovativ ideyalar rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Bu da vəzifə artımı ilə nəticələnə bilər.Sabit və səbirli addımları ilə tanınan Buğa bürcləri üçün maliyyə və idarəetmə sahəsində yüksəliş ehtimalı var. Uzunmüddətli planlar nəhayət ki, real nəticə verməyə başlayır.