EN

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah yağış və dumanla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.


Manset.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 22-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Chosen
49
13
manset.az

10Sources