"Football-plus.az" xatırladır ki, həmin yarışla aprelin 10-12-si və 17-19-u aralığında keçirilməliydi. “Formula-1” rəhbərliyi alternativ variantlar üzərində düşünsə də, sonda həmin variantlardab əl çəkib.
“Formula-1”in prezidenti və direktou Stefano Domenikalinin qərarla bağlı açıqlaması:
“Çətin qərar olsa da, Yaxın Şərqdəki vəziyyəti nəzərə alanda, təəssüf ki, indiki mərhələdə ən doğru qərardı”.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ibn Sulayem də bu haqda danışıb:
“Bəhreyn və Səudiyyə Ərəbistanı bizim yarış mövsümünün ekosistemi üçün qeyri-adi dəcərədə vacibdi. Şərait imkan verən kimi hər iki regiona dönmək imkanı səbirsizliklə gözləyirəm”.
Yaponiya mərhələsindən (27-29 mart) sonda çempionatın təqvimində dördhəftəlik fasilə yaranacaq. Növbəti mərhələ mayın 1-3-ü aralığında Mayamidə (ABŞ) keçiriləcək.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Qonşu ölkənin bir çox böyük şəhəri, eləcə də paytaxt Tehran atəş altındadı. İran da cavabında həm İsraili, həm də ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərini atəşə tutur.