EN

Məhkəmə Maskın “bot hesab” açıqlamalarını qanun pozuntusu sayıb

Bakı. Trend:

ABŞ-nin San-Fransisko şəhərində keçirilən məhkəmədə andlılarheyəti "X" sosial şəbəkəsinin sahibi İlon Maskın platformadakısaxta hesablarla bağlı açıqlamalarının federal qanunları pozduğunaqərar verib.

Trend-in xariciKİV-ə istinadən verdiyi xəbərə görə, qərarda Maskın “bothesablar"la bağlı iddialarının "X" səhmlərinin “süni şəkildə dəyəritirməsinə” səbəb olduğu bildirilir.

Bununla belə, heyət Maskın investorları aldatmaq məqsədilə ümumi“dələduzluq sxemi” həyata keçirdiyi iddialarını təsdiqləməyib.

Xatırladaq ki, İlon Mask 2022-ci il 14 aprel tarixində ABŞQiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənəddə "X"ihər səhm üçün 54,2 dollar qiymətlə almağı təklif etmişdi. Aprelin25-də tərəflər satışla bağlı razılıq əldə etdikləriniaçıqlamışdılar.

Lakin Mask 13 mayda saxta və spam hesabların sayına dairməlumatların dəqiqləşdirilməsini əsas gətirərək təxminən 44 milyarddollarlıq satınalma prosesini müvəqqəti dayandırdı. Bundan sonraşirkətin səhmlərində eniş müşahidə olundu və həmin açıqlamalarsəbəbilə ona qarşı məhkəmə iddiası qaldırıldı.

Məqalədə:
Chosen
129
2
az.trend.az

3Sources