EN

İran Ben Qurion hava limanını PUA ilə vurdu Video

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran pilotsuz uçuş aparatları (PUA) vasitəsilə İsrailin Ben-Qurion hava limanındakı yanacaq çənlərinə və hərbi infrastruktura hücum edib.

Axar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, hücumlar İsrailin hərbi aviasiyasının yanacaq təchizatını, Ben-Qurion hava limanının fəaliyyətini və uçuşları, həmçinin hərbi qüvvələrin yerdəyişməsini ciddi şəkildə pozub:

"Bu hal qoşunların daşınması üçün dəmir yollarından istifadəyə məcbur edib ki, bu da dinc vətəndaşların həyatını təhlükə altına qoya bilər".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
6
axar.az

7Sources