EN

Üç İngiltərə klubu "Qalatasaray"ın qapıçısını almaq istəyir -KİV

Türkiyə millisinin və "Qalatasaray"ın qapıçısı Uğurcan Çakır karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

Nəşrin iddiasına görə, "Tottenhem", "Nyukasl Yunayted" və "Aston Villa" klubları türkiyəli qolkiperə yaxından maraq göstərirlər.

Xəbərdə bildirilir ki, İngiltərənin adlı-sanlı klubları istedadlı qapıçının keçidinə 30 milyon avro ödəməyə hazırdırlar.

Qeyd edək ki, Çakır "Qalatasaray"a mövsümün əvvəlində "Trabzonspor"dan transfer olunub.

Chosen
23
6
redaktor.az

7Sources