Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bir müddət öncə köçüb getdiyi Qax rayonunun Ağçay kəndindən geri – paytaxta qayıdıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, sabiq mer dünən Bakıda görünüb.
Hacıbala Abutalıbovun paytaxta şəxsi məsələyə görə - sağlamlığındakı problemlə bağlı gəldiyi ehtimal olunur.
Sabiq merlə əlaqə saxlamağa cəhd edilsə də, Hacıbala Abutalıbov telefon zənglərinə cavab verməyib.
Xatırladaq ki, Hacıbala Abutalıbov artıq 3 ilÉ™ yaxındır ki, Qax rayonunun Ağçay kÉ™ndindÉ™ yaÅŸayır.Â