EN

Hacıbala Abutalıbov Bakıya qayıtdı

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bir müddət öncə köçüb getdiyi Qax rayonunun Ağçay kəndindən geri – paytaxta qayıdıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, sabiq mer dünən Bakıda görünüb.

Hacıbala Abutalıbovun paytaxta şəxsi məsələyə görə - sağlamlığındakı problemlə bağlı gəldiyi ehtimal olunur.

Sabiq merlə əlaqə saxlamağa cəhd edilsə də, Hacıbala Abutalıbov telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, Hacıbala Abutalıbov artıq 3 ilə yaxındır ki, Qax rayonunun Ağçay kəndində yaşayır. 

Chosen
22
manset.az

1Sources