EN

“Bayramdan sonra iki ölkə arasında döyüşlərin yenidən başlayacağı ehtimalı yüksəkdir”

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“Pakistan Ramazan bayramı ilə əlaqədar Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatları müvəqqəti olaraq dayandırıb. İslamabad Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin atəşkəslə bağlı müraciətlərinə müsbət cavab verib. Atəşkəsin uzun çəkəcəyini söyləmək çətindir, bayramdan sonra iki ölkə arasında döyüşlərin yenidən başlayacağı ehtimalı yüksəkdir”.

Gununsesi.info bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib:

“Asiyada ən böyük gərginlik uzun illər Hindistanla Pakistan arasında olub. İki ölkə arasında bir neçə dəfə müharibə olub, on minlərlə insan həlak olub, yüzminlərlə insan qaçqına çevrilib. Hindistanla Pakistan arasında Kəşmirə görə ara-sıra yenə də münaqişə baş verir. Ancaq artıq Pakistanla Əfqanıstan arasında tez-tez baş verən toqquşmalar Hindistan-Pakistan gərginliyini arxada qoyub. Bunun səbəblərindən biri hər iki ölkənin nüvə silahına malik olması və müxtəliq növ hərbi təyyarələrə malik olmalarıdır. Güclər təxminən bərabərdir. Pakistan-Əfqanıstan müharibəsində isə İslamabad havada üstünlüyə malikdir. Əfqanıstanın qırıcı təyyarələri yoxdur, hava müdafiə sistemləri zəifdir. Pakistan bundan istifadə edərək Əfqanıstan ərazisindəki silahlı qrupların mərkəzləşdiyi yerlərə zərbələr vurur. Taliban paytaxt Kabili ələ keçirdikdən sonra iki ölkə arasında gərginlik daha da artıb. Halbuki, Taliban vaxtilə elə Pakistan ərazisində formalaşıb.

Pakistanla Əfqanıstan arasında gərginliyin iki səbəbi var. Birinci səbəb Pakistan və Əfqanıstan arasında 2600 kilometrlik Durand Xəttidir. Əfqanıstan vaxtilə ingilis müstəmləkiçələrinin müəyyənləşdirdiyi bu xətti mübahisəli hesab edir. İki ölkə arasındakı gərginliyin ikinci səbəbi Əfqanıstan ərazisindəki Pakistan hakimiyyətinə müxalif olan silahlı qrupların varlığıdır. Bu iki məsələ həll olunmadan Pakistanla Əfqanıstan arasında atəşkəslər müvəqqəti xarakter daşıyacaq. Hava üstünlüyü Pakistanın tərəfində olsa da, Əfqanıstanın hərbi gücləri qonşu ölkənin sərhədəki məntəqələrinə hücumlar təşkil etmək gücündədir. Müharibənin davamı bölgədə yeni qaçqın axınına səbəb olacaq”.

Şəbnəm

Gununsesi.info  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
icma.az

1Sources