EN

“Bəsic”in öldürülən rəhbərliyindəki adlar açıqlanıb - SİYAHI

İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Bəsic” yarımhərbi qüvvələrinin həlak olan üzvlərinin adları açıqlanıb.

News365.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Bəsic”in komandiri general-leytenant Qulamrza Süleymani və komandir müavini Əzim Esmeili də daxil olmaqla, ümumilikdə 15 nəfər həlak olub.

Siyahıda həmçinin İsmayıl Əhmədi, Əmirhüseyn Pakdamen, Mahmud Reşno, Yusuf Dörvişi, Məhəmməd Hüseyn Abedini, Məhəmmədrza Talebi, Səccad Qənbəri, Məsud Sadeqi, Mehdi Həmzəpur, Məhəmmədrza Əbuditzadə, İman Çitsazan Moqaddam, İbrahim Kaşi və Mehdi Çenqani də var.

Bildirilir ki, bu şəxslər “Bəsic”də əsas funksiyaları yerinə yetirib və münaqişə zamanı döyüş əməliyyatlarında iştirak ediblər.

Chosen
29
3
news365.az

4Sources