"Milliyə çağırılmağı çoxdan arzulayır, səbirsizliklə gözləyirdim".
Bunu Fanat.Az-a açıqlamasında "Turan Tovuz"un hücumçusu Ayxan Hüseynov deyib.
İlk dəfə Azərbaycan yığmasına dəvət alan ön xətt oyunçusu əlavə edib: "Şükürlər olsun ki, belə bir şans yarandı. Özümü milli forma ilə göstərmək imkanı qazandığım üçün əlbəttə ki, çox xoşbəxtəm. Bununla kifayətlənmək olmaz. Öz üzərimdə işləməyə davam etməliyəm".
Nihat