EN

Ağdaş və Qəbələnin bəzi ərazilərində qaz kəsilib

Ağdaş və Qəbələ rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barÉ™dÉ™ Ã–lkÉ™.az-a AzÉ™rbaycan DövlÉ™t Neft ÅžirkÉ™tinin "AzÉ™riqaz" İstehsalat BirliyindÉ™n mÉ™lumat verilib.

Bildirilib ki, Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsi üzrə Gülənbə, Aşağı Qəsil və Bəylik kəndlərini əhatə edən diametri 89 mm-lik qaz xətti nəqliyyat vasitəsi tərəfindən zədələnib. Qəza nəticəsində yaranmış qaz sızmasının aradan qaldırılması məqsədilə 21 mart 01:30-dan etibarən ümumilikdə 352 abonentin qaz təchizatı daxildən dayandırılıb.

Bundan başqa, Qəbələ rayonu Vəndam qəsəbəsində, P. Həşimov və Rüsyan küçələrində yerləşən qaz tənzimləyicisinin düzgün işləməməsi səbəbindən 21 mart isaat 05:00-dan etibarən 512 abonentin qaz təchizatı daxildən dayandırılıb.

Qeyd olunub ki, hər iki istiqamət üzrə aparılan işlər başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa olunacaq.

Chosen
85
22
olke.az

10Sources