EN

Alimlər: Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir

İspan alimləri müəyyən ediblər ki, ekstra təmiz zeytun yağı təkcə ürək sağlamlığı üçün deyil, həm də idrak funksiyalarının qorunmasında mühüm rol oynaya bilər. A

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, bu təsirin əsas səbəbi yağın bağırsaq mikrobiomuna müsbət təsir etməsidir.

Tədqiqat Rovira i Virgili Universitetinin İnsan Qidalanması Departamenti, Pere Virgili Səhiyyə Tədqiqatları İnstitutu və CIBERobn mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. İki il ərzində 55-75 yaş arası metabolik sindromlu 656 artıq çəkili insan müşahidə olunub.

Nəticələr göstərib ki, müntəzəm olaraq ekstra təmiz zeytun yağı istifadə edənlər, təmizlənmiş yağlara üstünlük verənlərlə müqayisədə koqnitiv testlərdə daha yaxşı nəticə göstəriblər. Həmçinin bu qrupda bağırsaq mikrobiotasının müxtəlifliyi daha yüksək olub ki, bu da həzm sağlamlığının vacib göstəricisidir.

Alimlər müəyyən ediblər ki, Adlercreutzia bakteriyaları keyfiyyətli yağ istehlakı ilə zehni ayıqlıq arasındakı əlaqədə mühüm rol oynaya bilər. Bu da beynin sağlamlığının bağırsaqdakı mikrobların balansı ilə sıx bağlı olduğunu göstərir.

Mütəxəssislər vurğulayır ki, bütün zeytun yağları eyni dərəcədə faydalı deyil. Sənaye üsulu ilə emal olunmuş yağlar antioksidantlarını, polifenollarını və vitaminlərini itirir. Buna görə də gündəlik qidalanmada məhz ekstra təmiz zeytun yağına üstünlük verilməsi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
27
e-saglam.az

1Sources