EN

Məşhur futbolçu İran millisindən bu görüntüyə görə qovuldu

BƏƏ-nin “Əl-Əhli” klubunda çıxış edən Sərdar Azmunun sosial şəbəkədə paylaşdığı fotodan sonra İran millisindən kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, futbolçu BƏƏ rəhbərləri ilə çəkilmiş şəkli paylaşaraq belə yazıb: “Dünyanın ən böyük beyinlərindən bəziləri ilə görüşmək mənim üçün həm zövq, həm də şərəf idi”.

İran mətbuatımım məlumatına əsasən, bu paylaşım federasiyanın sərt reaksiyasına səbəb olub. Azmunun yalnız millidən uzaqlaşdırılması deyil, eyni zamanda ona qarşı hüquqi addımların – hətta əmlakının müsadirəsi ehtimalının da nəzərdən keçirildiyi qeyd olunur.

Sərdar Azmun İran millisində karyerası ərzində 91 oyun keçirib, 57 qol vurub və 17 məhsuldar ötürmə edib.

Chosen
18
6
publika.az

6Sources