EN

İsrail Nablusda qızlar məktəbinə hücum etdi

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail qüvvələri işğal altında olan Fələstin torpaqlarında, Nablusdakı Lubban əl-Şərqiyyə qızlar məktəbinə hücum ediblər.

AZXEBER.COM xaerici mətbuata istinadən xəbər verir ki, WAFA-nın məlumatına görə, qüvvələr məktəbin əsas qapısını sındıraraq binaya daxil olublar.

Hücum zamanı məktəbin müxtəlif hissələrinə ziyan dəydiyi və Fələstin bayrağının təsvir olunduğu bayraq dirəyinin dağıdıldığı bildirilib.

Şəhərin Təhsil və Təlim üzrə Baş Direktoru Samir əl-Cəmal məsələyə münasibət bildirərək müvafiq qurumları və beynəlxalq ictimaiyyəti hücumların qarşısını almağa və təhsil müəssisələrini qorumağa çağırıb.

Gülay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
124
1
azxeber.com

2Sources