EN

Sabah hava necə olacaq?

Bakı. Trend:

Martın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə vəsəhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyiəsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti olacaq.Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununayüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağıgözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi,şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağıehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlardagecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Chosen
81
49
az.trend.az

10Sources