EN

Tramp: ABŞ İran üzərində qələbə qazandığını düşünür

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla münaqişədə qalib gəldiyini düşündüyünü bildirib və hazırkı mərhələdə atəşkəs elanına qarşı olduğunu deyib.


“Düşünürəm ki, biz qalib gəldik. Onların donanmasını, hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini – hər şeyi məhv etdik. Hərbi baxımdan tam hərəkət azadlığımız var”, — Tramp bildirib.


Onun sözlərinə görə, İran hazırda əsasən Hörmüz boğazında gəmiçiliyə mane olmaqla təzyiq göstərir.


ABŞ prezidenti qeyd edib ki, boğazın açıq saxlanılması üçün Avropa ölkələri, eləcə də Cənubi Koreya, Yaponiya və Çin daha fəal rol oynamalıdır.


“Biz Hörmüz boğazından istifadə etmirik; bizə bu lazım deyil”, — deyə o əlavə edib.


İsrailin müharibəni dayandırmağa hazır olub-olmayacağı ilə bağlı suala cavab verən Tramp bildirib ki, hər iki tərəf eyni məqsədi bölüşür.


“Düşünürəm ki, bəli. Hər ikimiz eyni şeyi istəyirik: qələbə istəyirik",- o deyib.


Tramp atəşkəs ehtimalını da rədd edərək vurğulayıb ki, qarşı tərəf tam məğlub edilmədən belə bir addım atılmır.


“Mən atəşkəs elan etmək istəmirəm. Siz qarşı tərəfi sözün əsl mənasında məhv edərkən atəşkəs elan etmirsiniz",Tramp əlavə edib.

Chosen
48
50
anews.az

10Sources