Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycanneftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,2ABŞ dolları və ya 0,16 faiz artaraq bir barel üçün 122,90 ABŞdolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalıneftin FOB bazasında bir barelinin qiyməti 0,49 dollar və ya 0,41faiz ucuzlaşaraq 118,29 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,42 dollar və ya 0,49 faiz azalaraq bir barel üçün85,80 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,5 dollar və ya 0,43faiz azalaraq bir barel üçün 116,94 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin ortaqiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.