EN

İkiqat çempion olmaq istəyirəm

BƏƏ-ni təmsil edən 31 yaşlı məğlubedilməz UFC çempionu (84 kq-a qədər) Həmzət Çimayev başqa çəki dərəcəsində titul qazanmaq istədiyini bildirib.

Publika.az xəbər verir ki, Çimayev məğlub olmadan idmandan ayrılmağı hədəfləmədiyini də qeyd edib.

“Sadəcə ikiqat çempion olmaq istəyirəm. UFC-ni məğlubiyyətsiz tərk etməyə çalışanlardan deyiləm. Mənim vecimə deyil. Bir neçə böyük döyüş keçirmək istəyirəm”, – deyə “Bloody Elbow” Çimayevin sözlərini sitat gətirib.

Həmzət Çimayev Şimali Amerika Döyüş Liqası tarixində məğlubedilməz peşəkar çempion olan 16-cı döyüşçü olub.

Chosen
49
publika.az

1Sources