Azərbaycanın Muğanlı-İsmayıllı avtomobil yolunun mühafizə zolağı ərazisində torpaq sürüşməsi qeydə alınıb, məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi verib.
Qurum bildirir ki, sürüşmə yolun hərəkət hissəsinə təsir etməyib. İlkin vizual və texniki baxış zamanı aşkar edilib ki, yolun əsas konstruktiv elementləri və örtük qatı zədələnməyib, daşıyıcı qabiliyyət və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb.
Agentlik sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi üçün mühəndis-texniki tədbirlərin həyata keçiriləcəyini, qısa müddətdə bərpa və möhkəmləndirmə işlərinin tamamlanacağını bildirib.
Sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, sürüşmə yolun 11-ci kilometrliyində, Ağsu-nun Sanqalan və Quzey kəndləri istiqamətində baş verib.