EN

Bu fotoya görə millidən kənarlaşdırıldı

İran millisinin hücumçusu Sərdar Azmun sosial şəbəkədə paylaşımına görə yığmadan kənarlaşdırılıb.

"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, buna hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” klubunda çıxış edən futbolçunun BƏƏ rəhbərləri ilə ötən il paylaşdığı foto səbəb olub. İranla BƏƏ arasında gərginliyə baxmayaraq, bu şəkil hələ də onun "Instagram" hesabında qalır.

O, fotonu “dünyanın ən böyük beyinlərindən bəziləri ilə görüşmək şərəf idi” sözləri ilə paylaşıb.

Məlumata görə, bu paylaşım İran milli komandası rəhbərliyinin sərt reaksiyasına səbəb olub. Bildirilir ki, Azmunun yalnız yığmadan uzaqlaşdırılması deyil, həm də ona qarşı hüquqi addımların atılması - hətta əmlakının müsadirəsi ehtimalı da nəzərdən keçirilir.

Qeyd edək ki, hücumçu milli komandada 91 oyuna çıxıb, 57 qol vurub və 17 məhsuldar ötürmə edib.

Chosen
59
6
unikal.az

7Sources