EN

Tanınmış alim VƏFAT ETDİ

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lalə Əlizadə uzun sürən xəstəlik səbəbindən bir neçə saat əvvəl evində vəfat edib.

O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Lalə Əlizadə 1950-ci ildə anadan olub. "Azərbaycan müəllimi" qəzetin, Bakıda yerləşən müxtəlif məktəblərdə, 1989-cu ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyət göstərib.

Elmi yaradıcılığı boyunca Məhəmməd Füzulinin irsinin araşdırılması ilə məşğul olub. Alimin "Füzulinin gizli sözü" (1989), "Füzulini tədris edərkən" (1995), "Böyük Füzulinin yadigarı" (1996), "Məhəmməd Füzuli" (2009) tədqiqat əsərləri işıq üzü görüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
25
baku.ws

10Sources