EN

Aygün Kazımova 2001 ci ildə SHOW TV də: Geyim tərzi və ifası gündəm oldu VİDEO

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə bağlı arxiv görüntülər yenidən gündəmə gəlib.Demokrat.az  xəbər verir ki, söhbət sənətçinin 2001-ci ildə Türkiyənin SHOW TV kanalında qonaq olduğu verilişdən yayılan kadrlardan gedir. Sosial şəbəkələrdə paylaşılan həmin görüntülər qısa zamanda geniş maraq doğurub və izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.Kadrlarda pop divanın səhnə tərzi və enerjisi xüsusi diqqət çəkib. Xüsusilə sənətçinin həmin dövrdə seçdiyi zövqlü və fərqli geyim tərzi istifadəçilər tərəfindən alqışlanıb. Bir çox izləyici Aygün Kazımovanın illər əvvəl də dəb və səhnə üslubu baxımından seçildiyini vurğulayıb.Paylaşımın altında yazılan şərhlərdə sənətçinin dəyişməz xarizması və canlı ifası ön plana çıxarılıb. Görüntülər bir daha təsdiqləyib ki, Aygün Kazımova uzun illərdir Azərbaycan şou-biznesində özünəməxsus yerini qoruyub saxlayır. (milli.az)Demokrat.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
3
demokrat.az

10Sources