EN

Pezeşkiandan Yaxın Şərqlə bağlı maraqlı TƏKLİF

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Region ölkələri Yaxın Şərqdə sülh və sabitliyi təmin etmək üçün yeni təhlükəsizlik strukturu yaratmalıdırlar.

Milli.Az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu Novruz bayramı münasibətilə etdiyi çıxışında bildirib.

Onun sözlərinə görə, məsələ Yaxın Şərqin İslam ölkələrinin iştirakı ilə regionda sülhün bərqərar olmasına və təmin edilməsinə yönələcək təhlükəsizlik strukturunun yaradılması ilə bağlıdır. Pezeşkian regionun xarici iştiraka ehtiyacı olmadığını qeyd edərək, müsəlman dövlətləri ilə əməkdaşlıqda "Yaxın Şərq İslam Şurası"nın yaradılmasının mümkünlüyünü vurğulayıb.

Bu mexanizmin təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində münasibətləri tənzimləməsi gözlənilir.

"İran prezidenti qonşu ölkələrə müraciət edərək bildirib: "Bir-birimizlə vuruşmağa haqqımız yoxdur".  /"Report" 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
6
news.milli.az

7Sources