EN

Moped sürücülərinin diqqətinə: Sürücülük vəsiqəsi üçün bunları etməlisiz DYP dən AÇIQLAMA VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Martın 26-dan etibarən mopedlərlə bağlı yeni qanun qüvvəyə minir. Belə ki, sənəddə mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.

Uzun yola çıxanlar stasionar postlarda istirahət edə bilərlər – DYP-dən ÇAĞIRIŞ - VİDEO

Digər dəyişikliyə əsasən, moped nəqliyyat vasitəsi anlayışının daha dəqiq müəyyən edilməsi, onların dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur.

Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunluq və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.

Avtosfer.az-ın sosial şəbəkə hesablarına daxil olan müraciətlərdə moped sürücüləri sənədləri necə əldə edəcəkləri ilə bağlı suallar ünvanlayıblar. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Elvin Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, moped idarəçiləri sürücülük vəsiqəsi, nömrə nişanı və qeydiyyat şəhadətnaməsi əldə etməlidirlər:

“Bunun üçün qeydiyyatda olduqları ərazinin qeydiyyat-imtahan şöbələrinə yaxınlaşmalıdırlar, qeyd edilən şöbələrdən şəhadətnamə əldə edə bilərlər. Hər bir halda moped idarə edən şəxslərin mopedi idarə etməyə dair müqavilə və alqı-satqı sənədləri olmalıdır ki, müraciətləri qeydə alınsın. Bir məsələni də nəzərə çatdırım ki, belə bir qanunun qüvvəyə minməsinin səbəbi bəzi moped idarəçilərinin sifarişi daha tez çatdırmaq üçün yol hərəkəti qaydalarını pozmaları, səkilərlə hərəkəti, qırmızı işıqda keçmələri, avtomobillərin arasında sürətlə hərəkət etmələrinin qarşısını almaqdır. Belə hallar yarandıqda baş verən qəzalarda elə moped sürücülərinin özləri də xəsarətlər alır, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
72
avtosfer.az

1Sources