EN

Fransa Rusiyanın “kölgə donanması”na aid şübhəli gəmini saxlayıb

Bakı. Trend:

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiyanın “kölgədonanması”na aid olduğu ehtimal edilən gəmini saxlayıb

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa PrezidentiEmmanuel Makron sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, “Deyna” adlı gəmi bu səhər saxlanılıb. Makronunsözlərinə görə, dəniz hüquqlarını pozan bu cür gəmilər “müharibəqazancı əldə etməyə çalışan vasitələrdir”.

Makron vurğulayıb ki, Yaxın Şərqdə baş verən hadisələr FransanınUkraynaya dəstəyini dayandırmayacaq və Paris bu kimi fəaliyyətlərəqarşı mübarizəni davam etdirəcək.

Fransanın Aralıq dənizi üzrə dəniz administrasiyasınınməlumatına görə, Mozambik bayrağı altında üzən gəmi Murmanskşəhərindən yola düşüb. Gəminin saxta bayraqla üzdüyü ehtimaledildiyi üçün ona müdaxilə edilib və sənədlərin yoxlanılması iləşübhələr təsdiqlənib.

Hadisə ilə bağlı Marsel prokurorluğuna müraciət olunub və gəmimarşrutundan kənarlaşdırılaraq Fransa donanmasının müşayiəti ilədayanacaq nöqtəsinə yönləndirilib.

Yerli mediada gəminin Rusiyanın “kölgə donanması” ilə əlaqəliolduğu ehtimalının araşdırıldığı bildirilir.

Məqalədə:
Chosen
108
3
az.trend.az

4Sources