EN

Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Üçüncü Dünya müharibəsi artıq başlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

“Sadəcə hələ rəsmi olaraq bu barədə danışmırıq. Neft, qaz, minerallar, nadir metallar və digər xammal uğrunda mübarizə uzun müddətdir davam edir”, – deyə o bildirib.

Prezidentin sözlərinə görə, Birinci və İkinci Dünya müharibələri regional münaqişələr kimi başladı və yalnız sonradan daha böyük ittifaqlar yarandı:

“Bu da nəticədə birbaşa münaqişəyə səbəb oldu. Oxşar dinamika bu gün də müşahidə olunur. Ümid edirəm, eskalasiyanın qarşısı alınacaq, lakin hazırda buna nail olmağın asan yolunu görmürəm”.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
91
3
globalinfo.az

4Sources