EN

Ukrayna nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün Mayamiyə yollanıb

Bakı. Trend:

Ukrayna nümayəndə heyəti ABŞ ilə ikitərəfli danışıqlarda iştiraketmək məqsədilə Mayami şəhərinə səfər edib.

Trend-in UkraynaKİV-ə istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə ölkərəhbərliyinin yüksək səviyyəli təmsilçiləri daxildir. Onlarınsırasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibiRustem Umerov da var.

Bundan əlavə, danışıqlarda Ukrayna Prezident Ofisinin rəhbəriKirill Budanov, rəhbərin birinci müavini Sergey Kıslitsa və deputatDavid Araxamiya iştirak edəcək.

ABŞ tərəfdən görüşlərdə prezidentin xüsusi elçisi Stiv Uitkoffvə prezidentin kürəkəni Cared Kuşnerin iştirakı gözlənilir.

Tərəflərin məsləhətləşmələr apararaq əməkdaşlığın aktualistiqamətlərini müzakirə edəcəyi bildirilir.

Məqalədə:
Chosen
71
4
az.trend.az

5Sources