EN

İllərlə istifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür: Şərtlər nədir? – VİDEO

İllərdir istifadə edilən, lakin sənəd üzərində dövlətə və ya bələdiyyəyə məxsus olan torpaq sahələrini özəlləşdirmək olar.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, icarə müddətindən asılı olmayaraq, bu torpaqların özəlləşdirilməsi mümkündür. Bunun üçün ilk növbədə ərazinin arxiv məlumatları və ilkin sənədləri araşdırılmalıdır.

Özəlləşdirmə prosesinə başlamaq üçün torpaq sahəsinin dəqiq koordinatları müəyyənləşdirilməli və müvafiq qurumlara rəsmi müraciət edilməlidir. Əsas şərtlərdən biri isə torpağın bazar qiymətinə uyğun ödənişin həyata keçirilməsidir.

Torpaq sahəsi mülkiyyətə keçdikdən sonra vətəndaş həmin ərazi üzərində tam sərəncam vermək – onu satmaq, bağışlamaq və ya girov qoymaq hüququ əldə edir./Xəzər TV/

Chosen
17
8
nocomment.az

9Sources