EN

XIII Qlobal Bakı Forumu beynəlxalq müzakirələrin mərkəzidir

ain.az, Demokrat.az saytına istinadən bildirir.

XIII Qlobal Bakı Forumu beynəlxalq siyasi və iqtisadi gündəmin ən aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platformalardan biri kimi diqqət çəkir. Forum çərçivəsində müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri bir araya gələrək qlobal təhlükəsizlik, iqtisadi sabitlik və regional əməkdaşlıq kimi mövzular ətrafında fikir mübadiləsi aparırlar. Artan geosiyasi gərginliklər fonunda bu cür platformaların əhəmiyyəti daha da artır və ölkələr arasında dialoqun gücləndirilməsi üçün mühüm imkanlar yaradır.Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu yadda qalan olub:“2013-cü ildən başlayaraq ənənə halını alan bu tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Qlobal miqyaslı beynəlxalq məsələlərin həlli üçün bü gün dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin, uzun illər müxtəlif dövlət və hökumətlərə başçılıq edən tanınmış siyasətçilərin, sabiq xarici işlər nazirləri və nüfuzlu diplomatların təcrübə, fikir, ideya və təkliflərinə ciddi ehtiyac var. Forumun birinci günündə çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumun "geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biri" olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı həmçinin tədbirdə bütün dünya üçün aktual və vacib olan məsələlərə toxunub.  Bu gün təhlükəsizlik, sabitlik və müdafiə məsələləri əksər ölkələr, hətta dünyanın bütün dövlətlər üçün də bir nömrəli məsələdir. İstənilən inkişaf sülh, sabitlik və təhlükəsizlikdən asılıdır”.O deyib ki, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz:“Bu baxımdan Azərbaycan dövlət başçısı çox doğru olaraq vurğuladı ki, təhlükəsizlik istiqamətində beynəlxalq səylər birləşdirilməlidir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi builki forumun gündəliyi çox genişdir. Lakin  müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı hazırkı mövcud vəziyyətə yönəldi. Bəli dövlətimizin başçısının da qeyd etdiyi kimi “Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”. Hazırda dünyada  yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq təhlükəsizlik strukturuna təhdid təşkil edir. Bütün bunlar  beynəlxalq hüquqa təhdiddir”.Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, XIII Qlobal Bakı Forumu beynəlxalq siyasi və iqtisadi gündəmin ən aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platformalardan biri kimi diqqət çəkir:“Forum çərçivəsində müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri bir araya gələrək qlobal təhlükəsizlik, iqtisadi sabitlik və regional əməkdaşlıq kimi mövzular ətrafında fikir mübadiləsi aparırlar. Artan geosiyasi gərginliklər fonunda bu cür platformaların əhəmiyyəti daha da artır və ölkələr arasında dialoqun gücləndirilməsi üçün mühüm imkanlar yaradır. Belə forumlar birbaşa qərar qəbul edən institutlar olmasalar da, müzakirələrində ortaya qoyulan təşəbbüslər və fikir mübadiləsi gələcəkdə qlobal sabitliyə təsir göstərə biləcək siyasətlərin hazırlanmasına zəmin yaradır. Müzakirələr konkret qərarlara dərhal çevrilməsə də, iştirakçı ölkələr arasında dialoq və əməkdaşlığın möhkəmlənməsi, həmçinin regional və qlobal məsələlər üzrə ortaq anlayışın formalaşması baxımından strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, XIII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin qlobal sabitliyə təsiri daha çox uzunmüddətli perspektivdə və dolayı yolla özünü göstərə bilər”.Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqamətində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
96
demokrat.az

1Sources