EN

Pezeşkian Yaxın Şərqi yenidən qurmaq təklifi edib

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Region ölkələri Yaxın Şərqdə sülh və sabitliyi təmin etmək üçün yeni təhlükəsizlik strukturu yaratmalıdırlar.

"Report" "IRNA"ya istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu Novruz bayramı münasibətilə etdiyi çıxışında bildirib.

Onun sözlərinə görə, məsələ Yaxın Şərqin İslam ölkələrinin iştirakı ilə regionda sülhün bərqərar olmasına və təmin edilməsinə yönələcək təhlükəsizlik strukturunun yaradılması ilə bağlıdır. Pezeşkian regionun xarici iştiraka ehtiyacı olmadığını qeyd edərək, müsəlman dövlətləri ilə əməkdaşlıqda "Yaxın Şərq İslam Şurası"nın yaradılmasının mümkünlüyünü vurğulayıb.

Bu mexanizmin təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində münasibətləri tənzimləməsi gözlənilir.

"İran prezidenti qonşu ölkələrə müraciət edərək bildirib: "Bir-birimizlə vuruşmağa haqqımız yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
58
6
azpolitika.info

7Sources