EN

İsrail ordusu: İran tərəfindən növbəti raket hücumu qeydə alındı

ain.az bildirir, Bizimyol portalına istinadən.

İsrail Müdafiə Qüvvələri (İMQ) son saatlar ərzində üçüncü dəfə olaraq İran tərəfindən raket atəşinin həyata keçirildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

“İrandan İsrail Dövlətinin ərazisinə doğru raketlərin buraxılması qeydə alınıb. Hava hücumundan müdafiə sistemləri təhlükənin zərərsizləşdirilməsi üzərində işləyir”, – deyə açıqlamada bildirilir.

Öz növbəsində "Ynet" xəbər portalı ölkənin cənubunda, Ölü dəniz ətrafında hava hücumu siqnallarının işə salındığını yazıb. Sirenlər əhaliyə mümkün raket hücumu barədə xəbərdarlıq edib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
icma.az

1Sources