EN

Yeraltı nın ulduzlarının qazancı bəlli oldu

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Yeraltı" serialının ulduzları nə qədər qazanır? Şok rəqəmlərTürkiyənin reytinqləri alt-üst edən "Yeraltı" serialı aktyorlarının qazancları ilə gündəmə gəlib. Azərbaycanda da böyük maraqla izlənilən ekran işində bölüm başına ən yüksək qonorarı Deniz Can Aktaş alır. Serialda "Ali Heydar Aslan" obrazını canlandıran aktyor hər bölüm üçün təxminən 46 min manat qazanır.Serialın yadda qalan obrazlarından olan "Bozo"nu canlandıran Uraz Kaygılaroğlu da yüksək gəlir əldə edənlər siyahısındadır. O, hər bölümə görə 38 min manat alır. Eyni məbləği baş rol ifaçılarından biri olan Devrim Özkan da qazanır.Digər aktyorların gəlirləri də diqqət çəkir. Mehmet Yılmaz Ak hər bölüm üçün 30 min manat, Sümeyye Aydoğan və Burak Sevinç 27 min manat əldə edirlər. Koray Şahinbaş 19 min manat, Hakan Çelebi isə bölüm başına 8 min manat qonorar alır.Qeyd edək ki, serialın ssenari müəllifi Raci Şaşmazdır. O, "Kurtlar Vadisi" layihəsi ilə tanınan və "Polad Alemdar" obrazını canlandıran Necati Şaşmazın qardaşıdır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
103
2
demokrat.az

3Sources