EN

Bu halda gözünüzə əl vurmaq olmaz, kor ola bilərsiniz

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bahar mövsümünün gəlməsi ilə havada çiçək tozcuqlarının artması göz allergiyasını tətikləyir.

Ölkə.Az xəbər verir ki, ekspertlər insanların çox vaxt əhəmiyyət vermədiyi qaşıntı və qızartı kimi əlamətlərin irəliləyərək gələcəkdə ciddi görmə problemlərinə səbəb ola biləcətini deyir.

Mütəxəssislər bildirir ki, xüsusilə allergiyaya meyilli şəxslər tozlu mühitlərdən uzaq durmalıdırlar. 

Çünki bahar aylarında gözdə yanma, qaşınma və qızartı kimi şikayətlərə tez-tez rast gəlinir.

Xüsusilə çox qaşınma gözün ön hissəsində yer alan şəffaf təbəqə buynuz qişasında struktur zədələnmələrinə səbəb ola bilir. Buna görə də qaşıntı hissi yarananda gözlə təmas etməkdən çəkinmək lazımdır. Əks halda bəsit kimi görünən bu vəziyyət irəliləyərək görmə itkisinə zəmin hazırlayır.

Göz allergiyasında adətən başda yüngül müalicə tətbiq olunur. Daha irəliləyən vəziyyətlərdə isə başqa müalicə üsullarına yer verilir. Buna görə də problemlə rastlaşdıqda mütəxəssisə müraciət etmək, gələcək fəsadların qarşısını almaq baxımından böyük əhəmiyyət kəsb edir.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
3
olke.az

4Sources