EN

İngiltərənin futbol klubu stadionunu 999 il müddətinə icarəyə verdi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İngiltərənin "Miluol" futbol klubu "The Den" stadionunun 999 illik icarəsi ilə bağlı razılaşma əldə edib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, klub və Luişem şəhər şurası "Miluol"a "The Den" stadionu və ətraf torpaqların 999 illik icarəyə verilməsini nəzərdə tutan bütün hüquqi sənədlərin imzalanmasını başa çatdırıblar.

"Bu əlamətdar razılaşma uzunmüddətli sabitliyi təmin edir, klubun tarixi ev stadionunu qoruyur və ambisiyalı, davamlı inkişaf üçün platforma yaradır", - deyə klubun bəyanatında qeyd olunub.

Qeyd edək ki, "The Den" stadionu Londonda yerləşir və 1993-cü ildə inşa edilib. 1885-ci ildə təsis olunmuş "Miluol" hazırda İngiltərə futbolunun gücünə görə ikinci liqası sayılan Çempionşipdə çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
102
2
oxu.az

3Sources