EN

Norveç şahzadəsindən Ceffri Epşteynlə bağlı etiraflar - FOTO

Norveçin vəliəhd şahzadəsi Mette-Marit ilk dəfə pedofil milyarder Ceffri Epşteynlə münasibətləri barədə danışıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, NRK ictimai yayımçısına təxminən 20 dəqiqəlik müsahibə verib. Şahzadə Epşteynin keçmişini kifayət qədər araşdırmadığını etiraf edib:

“Əlbəttə, onunla heç tanış olmamış olmağı diləyərdim. Bu dərəcədə manipulyasiya edildiyimi və aldadıldığımı etiraf etməyim mənim üçün çox vacibdir”.

Epşteynlə münasibətlərinin təbiəti ilə bağlı iddialara cavab olaraq, şahzadə bunun yalnız bir dostluq olduğunu bildirib.

"İlk növbədə, o, bir dost idi. Münasibətin başqa bir ölçüsü olub-olmadığı soruşulsa, cavab "yox"dur", - deyə Mette-Marit keçmişə görə dərin peşmançılığını təkrarlayıb.

Qeyd edək ki, Norveç mediasına sızdırılan elektron poçt yazışmaları yeni ictimai müzakirələrə səbəb olub.
2011-ci ildə Epşteynə göndərdiyi elektron poçtda o, "Epşteyni araşdırdığını və tapdıqlarının çox da yaxşı görünmədiyini" yazıb. Mesajını gülüş emojisi ilə bitirən şahzadə bu söhbəti xatırlamadığını bildirib.

2012-ci ildə Epşteyn Parisdə "arvad axtardığını" deyəndə, "Paris zina üçün yaxşı yerdir, skandinaviyalılar arvad olmaq üçün daha uyğundur" deyə cavab verib.
Sənədlər həmçinin göstərir ki, 2013-cü ildə şahzadə və bir dostu Epşteynin Florida ştatının Palm Biç şəhərindəki evində dörd gün qalıblar.

Yazışmaları "utancverici" adlandıran Mette-Marit, münasibətlərin bir neçə hadisədən sonra bitdiyini bildirsədə, ətraflı məlumat verməkdən imtina edib.

52 yaşlı şahzadə açıqlamanı təxirə salmasının səbəbləri kimi sağlamlıq problemlərini və ailəsindəki məhkəmə proseslərini göstərib.

Norveç mediası şahzadənin ən vacib sualların mahiyyətini tam cavablandırmadığı qənaətindədir.
Xatırladaq ki, Mette-Maritin əvvəlki münasibətindən olan oğlu Marius Borq Hoibi dörd təcavüz və hücum ittihamı ilə mühakimə olunur. Prokurorluq 7 il 7 ay həbs cəzası istəyib. Hökmün iyun ayında çıxarılması gözlənilir.

Digər tərəfdən, şahzadənin sağalmaz ağciyər xəstəliyi var və gələcəkdə ağciyər nəqlinə ehtiyacı ola biləcəyi bildirilir.

Billurə


 

Chosen
117
2
olke.az

3Sources