EN

"Rejim dəyişikliyi yox, tərksilah!" – Tramp İrana qarşı savaşın gizli qatını açdı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi əməliyyatların prioritetlərini açıqlayaraq, Vaşinqtonun əsas məqsədinin Tehranda hakimiyyət dəyişikliyi deyil, ölkənin nüvə potensialının tamamilə yox edilməsi olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, jurnalist Stefani Rula verdiyi müsahibədə Ağ Ev rəhbəri artıq üç həftədir davam edən hücumların Tehranın nüvə silahı əldə etmək ehtimalını sıfıra endirməyə hesablandığını vurğulayıb. Trampın sözlərinə görə, İran hökumətinə kimin rəhbərlik edəcəyi məsələsi nüvə təhdidi ilə müqayisədə ikinci dərəcəli əhəmiyyət kəsb edir. Prezident iyun ayında həyata keçirilən "Gecəyarısı çəkici" (Midnight Hammer) əməliyyatı nəticəsində İranın nüvə başlığı istehsal etmək imkanlarının "tamamilə məhv edildiyini" bildirsə də, hazırda ən böyük problemin "nüvə tozu" – yəni zənginləşdirilmiş uran ehtiyatları olduğunu qeyd edib. Kəşfiyyat məlumatlarına və ekspert qiymətləndirmələrinə görə, bu təhlükəli materialların əsas hissəsi İsfahan yaxınlığındakı yeraltı komplekslərdə gizlədilir. Donald Trampın bu bəyanatı beynəlxalq aləmdə ABŞ-ın İrana qarşı hərbi strategiyasının "cərrahi müdaxilə"dən "tam tərksilah" mərhələsinə keçdiyinin sübutu kimi qiymətləndirilir.

ABŞ prezidenti bu çıxışı ilə həm də İran xalqına mesaj verərək, hərbi zərbələrin mülki əhaliyə və ya dövlətçiliyə deyil, yalnız qlobal təhlükə yaradan nüvə infrastrukturuna yönəldiyini göstərməyə çalışır.

 

Musavat.com

Chosen
135
50
musavat.com

10Sources