EN

Xankəndidə keçirilən Bahar nəğməsi festivalından görüntülər VİDEO

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Novruz bayramı bütün bölgələrdə olduğu kimi, Qarabağda da özünəməxsus şəkildə böyük coşqu ilə qeyd olunur.

Qarabağın ürəyi olan Xankəndidə "Bahar nəğməsi" adlı konsert proqramı təşkil edilib. Eyni zamanda bayram yarmarkası da keçirilir.

Xankəndi sakini, bayram konsertinin səhnə tərtibatçısı Zahid Bayramlı öz təəssüratlarını Baku TV ilə bölüşüb:

Xankəndidə keçirilən "Bahar nəğməsi" festivalından görüntülər - VİDEO

"Gözəl Xankəndimiz və Qarabağımız azaddır. Çox şükürlər olsun. Var olsun bütün dövlətimiz, xalqımız, Azərbaycanımız. Hamıya buradan xoşbəxtlik arzulayıram. Allah bütün xalqımızı, dövlətimizi var eləsin. Mən də artıq beş ildən artıqdır ki, burada çalışıram. Gördüyünüz kimi, hər il tədbirlərdə camaatımızı qarşılayırıq, gözləyirik. Maşallah, Xankəndinin nümayəndə heyəti də sağ olsun, yarmarkalar təşkil edir. Xalqımıza gözəl adət və ənənələrimizə uyğun bütün ərzaqlardan, Azərbaycanın nemətlərindən təklif olunur".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
99
oxu.az

1Sources