EN

İFA cəriməyə məruz qaldı

FİFA İsrail Futbol Assosiasiyasını (İFA) çoxsaylı qayda pozuntularına görə cərimələyib.

"Football-plus.az" xəbər verir ki, ali futbol qurumunun saytının məlumatına görə, Nizam-İntizam Komitəsi ayrı-seçkiliyə qarşı öhdəliklərinin ciddi və təkrar pozuntularına görə İFA-nı 150000 İsveçrə frankı (165000 avro) məbləğində cərimələyib.

40 səhifəlik qərarda İsrail futbolundakı bir sıra irqçi hadisələr sadalanır. Bundan əlavə, təşkilat qeyd edib ki, İFA bir dəfə olsun irqçiliyi pisləyən ictimai bəyanat yaymayıb, kampaniya təşkil etməyib.

Chosen
98
football-plus.az

1Sources