EN

​21 yaşlı futbolçu güllələndi -

Türkiyədə 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı silahlı hücuma məruz qalıb. Kubilay hadisə nəticəsində həyatını itirib. Metbuat.az xəbər verir ki, Kubilay Kaan Kundakçı Türkiyənin həvəskar "Kars 36" futbol klubunun üzvü olub. O, İstanbulda naməlum şəxslər tərəfindən güllələnib. Kubilayın keçmiş sevgilisi Aleyna Kalaycıoğlu şübhəli şəxs qismində saxlanılıb.

İstanbul polisi cinayətkarların müəyyən edilərək saxlanılması istiqamətində əməliyyatlara başlanıldığını bildirib.

Chosen
75
5
metbuat.az

7Sources