EN

Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür

Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və bu o deməkdir ki, müharibənin qapısını qətiyyətlə bağlamışıq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook"da bildirib.

O, mövcud sülhdən imtina etməyin müharibəyə qapı açacağını vurğulayıb: "Köçəryanın, Karapetyanın və Tsarukyanın rəhbərlik etdiyi qüvvələrin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə yenidən baxmaq siyasəti yürütdüyü açıq şəkildə müəyyən edilib. İndi qeyd etdiyim qüvvələr həmin qapını açmağa çalışırlar və bu, şübhəsiz ki, Ermənistan Respublikasının təhlükəsizliyi üçün ölümcül təhdiddir.

Chosen
113
12
publika.az

10Sources