EN

Çörçil onu rəqsə çağırdı, üç evlilik yaşadı... - Sirlərlə dolu aktrisa

Uzun müddət ekranlardan uzaq qalan türkiyəli aktrisa Nebahat Çehre seriallara qayıdışı ilə bağlı diqqət çəkən açıqlamalar verib. Musavat.com-un xəbərinə görə, o, bildirib ki, eyni tip obrazlarda görünmək niyyətində deyil:

“Salon qadını obrazını oynaya bilərəm, amma özümü təkrarlamaq istəmirəm. Mən aktrisayam, istənilən rola girə bilərəm”, -deyə o bildirib.

Aktrisa “Haziran Gecesi”, “Muhteşem Yüzyıl” və “Aşk-ı Memnu” kimi səs-küylü layihələrdə rol aldığını xatırladaraq, eyni xətt üzrə davam etməyin artıq mənasız olduğunu vurğulayıb.

Çehre eyni zamanda, şöhrətə gedən yolun ilk mərhələlərindən də danışıb. O, 15 yaşında qalib gəldiyi gözəllik müsabiqəsindən sonra İngiltərədə keçirilən beynəlxalq yarışmada iştirak etdiyini və həmin yarışın ən gənc iştirakçısı olduğunu bildirib. Aktrisanın sözlərinə görə, həmin dövrdə Böyük Britaniyanın baş naziri Uinston Çörçill onu rəqsə dəvət edib. 

“Yeşilcam mənim üçün böyük məktəb idi”, – deyən aktrisa sənətdən 20 il uzaq qalmasının səbəblərinə də aydınlıq gətirib. O qeyd edib ki, həmin dövrdə tez-tez müğənnilik təklifləri alıb və məhz Zeki Mürenlə tanışlıqdan sonra səsinin fərqinə vararaq bu sahəyə yönəlib.

Aktrisa hər iki evliliyi zamanı sənətdən uzaqlaşdığını da etiraf edib: “Evliliyi yaşamaq və anlamaq üçün peşəmi buraxdım”.

Uzun fasilədən sonra ekranlara qayıdan Çehrənin ən yadda qalan obrazlarından biri isə “Aşk-ı Memnu” serialındakı “Firdevs Yöreoğlu” olub. O, çəkilişlər zamanı səhər tezdən oyanaraq makiyajını özü etdiyini, lüks həyat tərzinə öyrəşmədiyini və serialın təkrarlarını bəzən izlədiyini də qeyd edib.

Şəxsi həyatı ilə bağlı isə qəti mövqe sərgiləyən aktrisa Yılmaz Güney və Yavuz Demir ilə evliliklərini “tam şəxsi məsələ” adlandıraraq bu barədə danışmaq istəmədiyini bildirib.

Çehre həmçinin, illər əvvəl evindən 19 qiymətli zinət əşyasının oğurlandığını açıqlayıb. O, bu hadisədən sonra bahalı zinət əşyaları taxmadığını vurğulayıb. Aktrisa estetik əməliyyat etdirmədiyini, lakin estetikaya qarşı olmadığını da əlavə edib.

Ana olmaq istərdinizmi?” sualına cavabı isə belə olub:

“Əgər bir evliliyi 50 il davam etdirə biləcəyimə inansaydım, o zaman uşaq sahibi olardım. Uşağın ögey ata ilə böyüməsini düzgün hesab etmirəm”.

 

Şahanə Rəhimli

Musavat.com

Chosen
70
musavat.com

1Sources