EN

AAYDA nəzdində 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən Şəhid Yalçın Cavadovun ailəsi ziyarət olundu » AzadMedia.az



Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailələrinə diqqət və qayğı göstərilməsi isə dövlət və cəmiyyət üçün əsas prioritetlərdən biri olaraq qalır.
Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbər heyəti və əməkdaşları şəhid Yalçın Cavadovun ata evini ziyarət ediblər. Ziyarət zamanı şəhidin ailə üzvləri ilə səmimi görüş keçirilib, onların qayğı və ehtiyacları ilə yaxından maraqlanılıb.
Görüş çərçivəsində şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq bir daha ehtiramla yad edilib. Bildirilib ki, şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılması hər bir qurumun və vətəndaşın mənəvi borcudur.
Qeyd edilib ki, bu cür ziyarətlər ənənəvi xarakter daşıyır və bundan sonra da davam etdiriləcək. Şəhid ailələrinə göstərilən diqqət və qayğı yalnız xüsusi günlərlə məhdudlaşmır, bu, hər zaman prioritet istiqamət kimi qorunub saxlanılır.
Şəhid Yalçın Cavadovun ailəsi də göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, bu kimi görüşlərin onların mənəvi dəstəyi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Chosen
39
azadmedia.az

1Sources