EN

Birləşmiş Krallıqda yaşamaq üçün ən əlverişli şəhər müəyyən edilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

London, 20 mart, AZƏRTAC

Birləşmiş Krallığın Norviç şəhəri tarixi ab-havası və şəhər dinamikası sayəsində yaşamaq üçün ən yaxşı şəhər seçilib.

AZƏRTAC xəbər verir ki, şəhər “The Sunday Times” qəzetinin 2026-cı il üçün yaşamaq üçün ən yaxşı yerlər siyahısında 71 digər məkanı geridə qoyaraq birinci olub. Münsiflər heyəti seçim zamanı məşhurluq və yüksək daşınmaz əmlak qiymətlərindən daha çox güclü icma ruhuna və inkişaf edən yaşayış mühitinə malik şəhərlərə üstünlük verildiyini bildirib.

Qeyd olunub ki, münsiflər siyahıya daxil edilən bütün məkanları şəxsən ziyarət edərək məktəblər, nəqliyyat, internet sürəti və mobil rabitə kimi meyarlar üzrə qiymətləndirmə aparıblar.

Şərqi İngiltərə regionunda digər seçilən yerlər sırasında Esseksdə yerləşən Çelmsford, Manningtri və Saffron Valden, həmçinin Bedford, Kembric və Safolkda yerləşən Vudbric də yer alıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
117
4
azertag.az

6Sources